Coşua Kimmixin məsələsinə böyük ölçüdə aydınlıq gəlib.
“Bavariya” rəhbərliyi təcrübəli futbolçu ilə müqaviləni yeniləməyə hazırlaşır. Tanınmış insayder Florian Plettenberqin məlumatına görə, Münhen klubu artıq 30 yaşlı yarımmüdafiəçi ilə razılaşıb. Yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Coşuanın əvvəlki müqaviləsinin müddəti isə bu ilin yayına qədər idi.
Kimmix bundan əvvəl PSJ-yə transfer olmaq variantını nəzərdən keçirsə də, sonra diqqətini klubu ilə yeni müqaviləyə yönəldib. O, Almaniya bundesliqasının cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta