AZ

Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Donald Trampın andiçmə mərasimindən sonra keçən yeddi həftə ərzində onun inaqurasiyasında iştirak etmiş milyarderlər ümumilikdə 209 milyard dollar itiriblər.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Ən çox itirən İlon Mask olub. Onun sərvəti 148 milyard dollar azalıb. Ceff Bezos 29 milyard dollar, Sergey Brin isə 22 milyard dollar itirib.
Ən çox ziyan görmüş beşliyə, həmçinin hər biri 5 milyard dollar itirən Mark Zukerberq və Bernar Arno da daxildirlər.
Seçilən
37
2
oxu.az

3Mənbələr