AZ

Pol Poqba cəzasını başa vurdu, futbola qayıtdı

31 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba dopinq istifadəsi ilə bağlı aldığı cəza müddətini martın 10-da başa vurub.

Arena.az məlumat verir ki, bu gündən etibarən Poqba futbola qayıdıb.

Hazırda fransalı futbolçu azad agentdir. Poqbanın son klubu ötən ilin noyabr ayında ayrıldığı “Yuventus” olub. Cəza müddəti ərzində Poqba idman forması saxlamaq üçün məşqlərlə məşğul olub. İndi Poqba futbolçu karyerasını bərpa etmək niyyətindədir. Fransalı futbolçu ancaq Avropa klublarından təkliflərə açıq olduğunu bildirib.

Hazırda Poqbanın xidmətində Marsel “Olimpik”i maraqlıdır. Daha əvvəl isə fransalı futbolçu “İnter Mayami”nin prezidenti Devid Bekhemlə görüşüb. Amma bu görüşün məzmunu naməlum qalıb.

Xatırladaq ki, cari ilin fevralında Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi, sonra bu müddət 18 aya endirilmişdi. Lozanna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, fransalı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malik idi, mart ayından etibarən isə Poqba futbola qayıda bilərdi ki, bu, artıq məlum olduğu kimi, baş verdi. Poqba sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.

Əlavə edək ki, ötən ilin noyabr ayının 30-da Poqbanın “Yuventus”la müqaviləsinə rəsmən xitam verilib və fransalı futbolçu azad agentə çevrilib. Poqbanın “byankoneri” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Turin klubu fransalı futbolçunun əvvəlki əzəmətinə etimadını itirdiyi üçün Poqba ilə ayrılmaq qərarına gəlib. Buna rəğmən, Poqba uğursuzluqlardan geri-dönüşünə iddialıdır, xeyli müddət futbolsuz qalmış yarımmüdafiəçi məşq edir, öz üzərində çalışır.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçmişdi. Pol “byankoneri”nin heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Seçilən
28
arena.az

1Mənbələr