"Bu gün qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Rəqibi bütün göstəricilərdə üstələmişdik".
Offsideplus.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Vitali Borisov deyib.
Avropa çemoionatının əsas seçmə mərhələsində Yunanıstanla görüş (2:3) barədə təəssüratlarını bölüşən çalışdırıcı problemin hücumçu qıtlığında olduğunu bildirib.
"Rəqib qapımıza doğru 4 zərbə endirib, bunlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edə biləcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur", - deyə V.Borisov vurğulayıb.