Bakı, 11 mart, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə ilk üç pillədə qərarlaşan komandalar mükafatlandırılıblar.
Medalları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fərəcullayev, Azərbaycan Minifutbol Federasiyanın prezidenti Orxan Məmmədov, “Zirə” futbol komandasının baş məşqçisi Rəşad Sadıqov və digər rəsmi şəxslər təqdim ediblər.
Xatırladaq ki, “Birbaşa Bakı” komandası finalda “Zirə”yə 2:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub. “Qartallar” gümüş, “Aznur” kollektivi isə bürünc medallara sahibi çıxıb.