AZ

Ukraynada vağzal yaxınlığında iki partlayış: yaralılar var

Ötən gün axşam saatlarında Ukraynanın İvano-Frankovsk şəhərində dəmiryolu vağzalı yaxınlığında iki partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə şəhər meri Ruslan Martsinkiv məlumat verib.

O bildirib ki, partlayışlar nəticəsində 4 nəfər yaralanıb.

Onun sözlərinə görə, naməlum qurğular partladılıb.

Hazırda müstəntiqlər iki partlayışın əlaqəli olub-olmadığını araşdırır.

Seçilən
25
axar.az

1Mənbələr