Bakı. Trend:
Rusiya da buna razılıq versə, Ukrayna 30 gün ərzində cəbhəxəttində atəşi dayandıracaq.
Trend-inməlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski"Telegram" kanalında yazıb.
"Bu gün danışıqlarda Amerika tərəfindən dərhal irəliyə doğru ilkaddımı atmaq və təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xəttiboyunca 30 gün ərzində tam atəşkəs əldə etməyə çalışmaq təklifisəslənib. Biz belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı bunainandırmalıdır. Yəni biz razıyıq və ruslar razılaşarsa, o zamansükut elə o dəqiqə başlayacaq", - deyə o bildirib.