AZ

"Rəqib qapımıza 4 zərbə endirib, onlardan 3-ü qol olub" - Vitali Borisov

Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstana matçın başa çatmasına 4 saniyə qalmış buraxdığı qolla uduzan Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov oyunla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında belə danışıb:

“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.

Seçilən
42
5
fanat.az

9Mənbələr