AZ

Husilər yenidən Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücum edəcək

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Qəzza zolağına humanitar yardımın bərpası üçün İsrailə təzyiq göstərmək məqsədilə Qırmızı və Ərəb dənizlərində İsrailə bağlı gəmilərə hücumları bərpa edəcək.

APA xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya husilərə məxsus “Al Masirah” telekanalında bildirib.

İsrailə nəzarət-buraxılış məntəqələrini açmaq və Qəzza zolağına yardım çatdırmaq üçün verilən müddətin başa çatması ilə əlaqədar, Yəmən silahlı qüvvələri bütün İsrail gəmilərinin keçidinə qadağanın yeniləndiyini təsdiqləyir”, - o deyib.

Seçilən
20
2
apa.az

3Mənbələr