Yaponiyada bir kişi son bir il ərzində polisə 4000 dəfədən çox zəng edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Japan Today” məlumat yayıb.
Belə ki, Abiko polisi daim 110-a zəng vuran və qonşularından şikayət edən yerli sakin 46 yaşlı Yuki Şimizu həbs edib.
Məlumata görə, o, fevralın 14-də saat 17:00-dan 21:00-dək aşağıda yerləşən mənzildən səs-küy gəldiyindən şikayət edərək polisə 14 dəfə yalandan zəng edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə göndərilib və məlumat təsdiqini tapmayandan sonra həmin şəxsi saxlayıblar. Şimizu polisə mane olmaqda ittiham olunur.
Ümumilikdə o, son 12 ayda polisə 4250 dəfə zəng edib.