UEFA Çempionlar Liqasında 1/4 finalında üz-üzə gələcək cütlüklərdən biri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 1/8 final mərhələsini adlayan "Bavariya" və "İnter" münasibətlərinə aydınlıq gətirməli olacaqlar. 

İlk görüş aprelin 8 və ya 9-da Münhendə baş tutacaq. İtaliyadakı cavab matçı isə 15 və 16 tarixlərindən birində oynanılacaq.

1/4 finala hamıdan qabaq yüksələn "Barselona" isə ya "Borussiya" (Dortmund), ya da "Lill"ə qarşı çıxış edəcək.