“Səudiyyə Ərəbistanında baş tutan ABŞ-Ukrayna danışıqları sülh yolunda dönüş nöqtəsi ola bilər.”
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
"Ukrayna və ABŞ arasında bugünkü danışıqların nəticəsi Ukraynanın daimi sülh və təhlükəsizlik axtarışında mühüm dönüş nöqtəsi ola bilər. Almaniya tərəfdaşlarımızla birlikdə bu yolda Ukrayna xalqını dəstəkləməyə davam edəcək", - deyə Berbok “X” səhifəsində yazıb.