ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi ilə görüşəcək.
ABŞ Prezidenti Donald Tramp martın 13-də Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə işgüzar görüş keçirəcək.
Operativ Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib.
“Cümə axşamı Prezident Tramp NATO-nun baş katibini işgüzar görüş və nahar üçün qəbul edəcək”, - o bildirib.