AZ

Qrenlandiyada seçkilərin ilkin nəticələrini açıqlanıb

Qrenlandiyada birinci seçki məntəqəsində parlament seçkilərinin nəticələrinə yekun vurulub.

"Report" xəbər verir ki, nəticələr “Valg.gl” saytında dərc olunub.

Ümumilikdə 676 səs artıq hesablanıb və onların əksəriyyəti - 43,5 % müstəqilliyə qısa zamanda nail olmaq istəyən müxalif mərkəzçi "Naleraq" Partiyasına verilib.

Seçkilərin “exit-poll”unun nəticələri açıqlanmayıb.

Qrenlandiyada seçkilərdə 40 482 seçici iştirak edir.

Onlar 72 seçki məntəqəsində səs veriblər. Səslərin hesablanmasının bir neçə saat çəkəcəyi gözlənilir.

Seçilən
14
report.az

1Mənbələr