AZ

Bu üsullarla korroziyadan mühafizə var

Ərintinin içərisinə batırılmaqla qaynar sinkləmə və alüminiumlaşdırma üsulu ilə korroziyadan mühafizə bolt birləşməli, uc-uca qaynaqlı və bucaq tikişli qapalı olmayan polad konstruksiyalar, eləcə də bolt, qayka və şaybalar üçün nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu üsullarla korroziyadan mühafizə üst-üstə mindirilməklə qaynaqlanmış polad konstruksiyaların, qaynaqlama kontur boyu bütöv (kəsilməz) olduqda və ya qaynaqlanan elementlər arasında ölçüsü 1,5 mm-dən az olmayan boşluğun saxlanması təmin edildikdə icazə verilir.

Seçilən
41
heftelik.az

1Mənbələr