Qrenlandiyada birinci seçki məntəqəsində parlament seçkilərinin nəticələrinə yekun vurulub.
Heftelik.az-ın məlumatına görə, nəticələr “Valg.gl” saytında dərc olunub.
Ümumilikdə 676 səs artıq hesablanıb və seçicilərin 43,5 %-i müstəqilliyə qısa zamanda nail olmaq istəyən müxalif mərkəzçi “Naleraq” Partiyasına verilib.
Seçkilərin “exit-poll”unun nəticələri açıqlanmayıb.
Qrenlandiyada seçkilərdə 40 482 seçici iştirak edir.
Onlar 72 seçki məntəqəsində səs veriblər. Səslərin hesablanmasının bir neçə saat çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtariyyət statusu ilə yer alan dünyanın ən böyük adasıdır. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra ada diqqət mərkəzindədir. Donald Tramp Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olmasını vacib saydığını bəyan edib və Danimarkaya adanı satmağı təklif edib. Danimarka hökuməti adanın satılmayacağını bəyan edib. Qrenlandiyada müstəqillik tərəfdarlarının artması da diqqət çəkir.