AZ

Nəhəng qızıl balıq alimləri ŞOKA SALIR

ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin (USFWS) əməkdaşları Pensilvaniya su anbarında heyrətamiz kəşf ediblər: qeyri-adi böyük qızıl balıq.

Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Bildirilib ki, unikal nümunə Presque Isle Dövlət Parkında aşkar edilib və ölçüsünə görə ona "meqalodon" ləqəbi verilib.

Elm adamları ehtimal edirlər ki, balıq əvvəllər akvariumda yaşayıb və sonradan təbiətə buraxılıb. Ekoloqlar ciddi şəkildə xəbərdarlıq ediblər ki, bu cür hərəkətlər kövrək yerli ekosistemə düzəlməz ziyan vurur.

Mütəxəssislərin fikrincə, qızıl balıqlar çox vaxt balıqçılar üçün yem rolunu oynayır, lakin balıq tutduqdan sonra onları su hövzələrində buraxmaq qəti qadağandır. Təbii yaşayış yerlərində onlar iki kiloqram ağırlığa çata bilər, digər növlər üçün ciddi təhlükəyə çevrilir, suyu çirkləndirir və su bitkilərini məhv edir.

Seçilən
27
publika.az

1Mənbələr