AZ

KİV: ABŞ Ukraynaya dronların yaradılması üçün kömək istəyib

Amerika startapları və ukraynalı dron istehsalçıları Birləşmiş Ştatlar ordusu üçün daha effektiv pilotsuz təyyarələr hazırlamaq üçün bir araya gəlir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon Ukrayna texnologiyalarına artan maraq göstərir. Qeyd edilir ki, Amerika startapları milyardlarla dollar xərcləyərək effektiv və ucuz PUA modellərinin yaradılmasında çətinliklərlə üzləşiblər. Bu arada, Ukrayna istehsalçıları 2023-cü ildə 2 milyondan çox avadanlıq istehsal ediblər.

Qəzet vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həllinə dair danışıqlara baxmayaraq, ABŞ və Ukrayna arasında pilotsuz təyyarələrin istehsalı sahəsində əməkdaşlıq çox güman ki, davam edəcək.

Seçilən
49
4
report.az

5Mənbələr