1980-cı ildə sovet Ermənistanın paytaxtı İrəvanda keçirilmiş toy mərasiminin görüntüləri maraqlı görüntüləri ortaya çıxıb.
AzPost bildirir ki, azərbaycanlılara məxsus toy o dövrün kino kamerası ilə çəkilib. Kadrlarda maşın karvanının İrəvanın Teatr meydanında dövrə vurduğu, bəy və gəlinin “Qaz-24” avtomobilindən düşərək xatirə lövhəsi qarşısında çiçək dəstəsi qoyması əks olunub.
Daha sonra toy şadlıq evində davam edir. Mərasimi o zaman populyar olan müğənni Nizami İsmayılovun idarə etdiyi görünür.
Kadrlarda əks olunan insanların sovet həyat tərzi maraq doğurur.
8 il sonra -1988-ci ildə Teatr meydanında toplanmış ermənilər “Qarabağ” deyə bağırırdılar.
1988-ci ilin dekabrında Ermənistanda yaşayan azərbaycanlılar zorla öz yurdlarından deportasiya olundular.
Uzun və qanlı Qarabağ münaqişəsi başlandı.