Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarda Vaşinqton və Kiyev nümayəndə heyətləri Ukrayna prezidenti Vladimir Zelenskinin istefası və seçkilərin keçirilməsini müzakirə etməyiblər...
Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalının jurnalisti Nana Sacaya məlumat verib.
“Danışıqlarda bilavasitə iştirak edən mənbə bildirib ki, Ciddədə Ukraynada seçkilərin keçirilməsi və ya prezident Zelenskinin istefası müzakirə olunmayıb", deyə jurnalist X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, çərşənbə axşamı, martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş doqquz saat davam edbi. Nəticədə Kiyev Vaşinqtonun təklif etdiyi 30 günlük atəşkəs rejiminə razılaşıb.
Poliqon.info