Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası martın 12-də sentyabrın30-da başa çatacaq ABŞ maliyyə ilinin sonuna qədər federalhökumətin maliyyələşdirilməsini davam etdirən qanun layihəsinitəsdiqləyib.
Trend-in məlumatına görə, bununla bağlı Amerika qanunvericiorqanının aşağı palatasının iclası onun saytında canlıyayımlanıb.
Məlumata əsasən, indi Senat bu təşəbbüsə səs verməlidir, bundansonra o, artıq onu dəstəkləmiş ABŞ prezidenti Donald Trampınmasasına keçəcək. Qanun layihəsi müdafiə xərclərinin təxminən 6milyard dollar artırılması və qeyri-müdafiə hökumət proqramlarınınmaliyyələşdirilməsinin təxminən 13 milyard dollar azaldılması iləbağlı müddəaları əhatə edir.
Səsvermə demək olar ki, partiya xətti üzrə keçirilib.
Qanun layihəsi Tomas Massi (Kentuku ştatı üzrə) istisna olmaqla,bütün respublikaçılar tərəfindən dəstəklənib.