Pakistan təhlükəsizlik qüvvələri yaraqlılar tərəfindən qatarda girov götürülən 80 nəfəri xilas edib.
Publika.az xəbər verir ki, bu barədə "Geo News" təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Xilas edilənlər arasında 26 qadın və 11 uşağın olduğu bildirilir.
Hazırda təhlükəsizlik qüvvələri terrorçuların ətrafında mühasirəni gücləndirməklə yanaşı, qatarda qalan girovların xilas edilməsi əməliyyatını davam etdirir.
Pakistan təhlükəsizlik qüvvələrinin məlumatına görə, terrorçular Əfqanıstandan olan idarəçiləri ilə əlaqə saxlayır və qalan girovları da canlı qalxan kimi saxlayırlar.