AZ

Qrenlandiyada parlament seçkiləri baş tutub

Qrenlandiyada parlament seçkilərində səsvermə müddəti 30 dəqiqə uzadılıb...

Qrenlandiyanın paytaxtı Nuukda yeganə seçki məntəqəsi nəhayət ki, öz işini başa çatdırıb.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, təşkilatçılar yüksək fəallığa görə səsverməni 30 dəqiqə uzadıblar.

Parlament seçkilərinin rəsmi nəticələri martın 12-də səhər saatlarında məlum olacaq. Bu seçkidə müəyyyənləşən parlamentin yeni tərkibi adanın Danimarkadan müstəqillik əldə etməsi məsələsini həll edə bilər.

Qeyd edək ki, bu il səsvermə, Donald Trampın adanı ABŞ-yə birləşdirmək istədiyi barədə açıqlamasına görə ictimaiyyətin xüsusi diqqətini çəkib. Fevralın 5-də Tramp əmin edib ki, Vaşinqton Qrenlandiyanı “bu və ya digər şəkildə” alacaq.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr