
Səudiyyə Ərəbistanına ABŞ-la danışıqlara gələn Ukrayna nümayəndə heyətinin üzvləri Moskvaya PUA-nın hücumu cəhdindən sonra danışıqların pozulacağından ehtiyat ediblər.
Reyting.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti məlumat yayıb.
Ciddədə bir yerə toplaşan Ukrayna rəsmiləri “narahat olduqlarını” ifadə ediblər: “Çərşənbə axşamı Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib. Bəli, bu, bizim rəhbərliyin qərarı olub. Amma, bu, doğrudurmu, hücum qərarı danışıqları təhlükə altına qoyurmu? – deyə bilmərik”.
ELÇİN