AZ

Mask Trampa görə 100 milyon dollarından keçəcək

Amerikalı multimilyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampın nəzarətində olan üçüncü tərəf siyasi təşkilatına 100 milyon dollar sərmayə qoymaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Mask və Trampın tərəfdaşları son günlər sahibkarın dövlət başçısının nəzarətində olan təşkilata ianə verməsi barədə danışırlar. Mask beləliklə, ABŞ prezidentinin xarici strukturuna bu qədər böyük siyasi töhfələr verən ilk Ağ Ev əməkdaşı olacaq.

Hazırda sahibkarın investisiya planlarını yerinə yetirib-yetirmədiyi məlum deyil.

Seçilən
20
publika.az

1Mənbələr