AZ

İkiqat Azərbaycan çempionu

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

Msport.az xəbər verir ki, turnirin final matçında “Zirə” və “Birbaşa Bakı” qarşılaşıb.

Görüş son çempion “Birbaşa Bakı”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandaya çempionluğu gətirən qollara 36-cı dəqiqədə Eşqin Tağıyev və 47-ci dəqiqədə Təmkin Xəlilzadə imza atıblar. Bununla “Birbaşa Bakı” ardıcıl ikinci dəfə Azərbaycan çempionu olub.

Üçüncü yer uğrunda görüşdə isə “Aznur”la “Galaxy” üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Aznur” bürünc medallara yiyələnib.

Seçilən
46
34
msport.az

10Mənbələr