AZ

İkinci cərgədə maşını saxlayan sürücü üçüncü cərgədə söhbət edib yolu kəsdi- VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücülərin hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 28-də, paytaxtın Mixail Lermontov küçəsində qeydə alınıb.

Belə ki, 99-JR-882 qeydiyyat nişanlı, 99-JR-911 qeydiyyat nişanlı "Fiat" markalı və 90-TH-009 qeydiyyat nişanlı "Porsche" markalı avtomobilin sürücüləri ikinci cərgədə dayanaraq qayda pozuntusu törədiblər.

Qeyd edək ki, "Porsche" markalı avtomobilin sürücüsünün ikinci cərgədə dayanması azmış kimi, sağ qapını açaraq yolu kəsən sərnişinlə söhbət etməsi digər sürücülərin hərəkətinə çətinlik yaradıb.

 

Fərid

Seçilən
23
avtosfer.az

1Mənbələr