17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində mübarizəyə başlayır.
Msport.az xəbər verir ki, millimiz B Liqasının 2-ci qrupunda bu gün ilk oyununa çıxacaq.
Nərgiz Qurbanovanın yetirmələri Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “ASCO Arena”da baş tutacaq matçın start fiti saat 16:00-da səslənəcək.
Qrupun digər oyununda isə Bolqarıstanla Malta yığmaları qarşılaşacaq. Saat 11:00-da başlayacaq bu oyun da eyni stadionda reallaşacaq.