AZ

Avtobuslar toqquşdu: 40 nəfər yaralanıb, 6 nəfər ölüb

Çilidə dəhşətli avtobus qəzası baş verib. Xarici KİV-in yaydığı məlumata görə, Çilinin Kokimbo bölgəsində dörd avtobusun toqquşması nəticəsində azı 6 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.


Yerli media yazıb ki, avtobuslardan biri magistral yolda aşıb, bundan sonra daha iki maşın zərərçəkənlərə kömək etmək üçün dayanıbmış. Bu zaman şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən digər avtobus onlara çırpılıb.  Qəza gecə saatlarında baş verib.

Tural



Seçilən
10
news365.az

1Mənbələr