AZ

“815” Çağrı Mərkəzinə yanvar-fevral aylarında daxil olan zənglərin sayı AÇIQLANDI

Bakı. Trend:

2025-ci ilin yanvar və fevral ayları ərzində TƏBİB-in “815”Çağrı Mərkəzinə ümumilikdə 22 323 zəng daxil olub.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciətlərdən 21 535 zəng müvafiq olaraq dərhalcavablandırılıb, 788 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindənaraşdırılması üçün qəbul edilib. 348 müraciətlə bağlı vətəndaşlaramüvafiq izahatlar verilib, 383 müraciətlə bağlı məsələ həll edilib,58 müraciət isə elektron sənəd dövriyyəsi üzərindənrəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənintəşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbixidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərinverilməsi ilə bağlı olub.

Qeyd edilib ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabrayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəddaxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrəyönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təminedilməsidir.

"Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı,yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmiinternet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet),eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlaynşəkildə müraciətlərini ünvanlaya bilərlər",- deyə məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
30
8
az.trend.az

10Mənbələr