Azərbaycan nümayəndə heyətinin Moldovaya səfəri çərçivəsində Ekologiya Nazirliyinin dövlət katibi ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, bu barədə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri , Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli məlumat verib. Onun sözlərinə görə, görüş zamanı QHT-lərlə əməkdaşlıq sahəsində maraqlı təcrübələr müzakirə olunub:
"Azərbaycanlı nümayəndələr bu sahədə öz təcrübələrini bölüşərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Səfər çərçivəsində Moldovada ekoloji layihələr və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə GİZ Azərbaycan təşkilatının dəstəyi xüsusi vurğulanıb".
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Moldovadakı səfəri davam edir.