Bakı. Trend:
Ukrayna ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs təklifini dərhalqəbul etməyə razılaşıb.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi MarkoRubio Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Ukrayna danışıqlarındansonra bəyan edib.
Marko Rubionun sözlərinə görə, eyni təklifi ABŞ tərəfi rəsmiMoskvaya da irəli sürəcək. “Top artıq onların meydançasındadır”,deyən Rubio artıq seçimin Moskva tərəfindən edilməli olduğuna eyhamvurub.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı “bupozitiv təklifə razı salmağın artıq rəsmi Vaşinqtonun öhdəsinədüşdüyünü vurğulayıb.