AZ

Rafinya və Yamaldan rekord

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Benfika” ilə cavab oyununda dubl edən “Barselona”nın vingeri Rafinya klubun tarixinə düşüb.

Msport.az xəbər verir ki, ulduz futbolçu bu mövsüm ÇL-də qol sayını 11-ə çatdırmaqla buna nail olub.

Belə ki, Rafinya kataloniyalıların bir mövsümdə ən çox qol vuran braziliyalı futbolçusu rekordunu ələ keçirib. O, 2014-15 mövsümündə 10 dəfə fərqlənən Neymar və 1999-2000 mövsümündə eyni sayda qol vuran Rivaldonun rekordunu qırıb.

“Barselona”nın digər vingeri Lamin Yamal isə Çempionlar Liqasının bir matçında həm qol vuran, həm də assist edən ən gənc futbolçu olub. Yamal 17 yaş 241 günlüyündə bunu reallaşdırıb.

Qeyd edək ki, hər iki oyunda “Benfika”ya qalib gələn “Barselona” (1:0, 3:1) 1/4 finala yüksəlib.

Seçilən
15
msport.az

1Mənbələr