"Barselona" ulduz futbolçuya qapını göstərdi -
"Barselona" qapıçısı İnyaki Penyanı klubdan göndərəcək. Metbuat.az xəbər verir ki, Voytsex Şensnının uğurlu oyunu Penyanın ehtiyatda qalmasına səbəb olub. Bildirilir ki, klub onun xidmətində maraqlı deyil. Zədələnən qapıçı Mark-Andre ter Şteqen yeni mövsümdə heyətə qayıda biləcəyi üçün Penyanın heyətə düşmək şansını daha da çətinləşdirir. İddialara görə, "Qalatasaray" futbolçunu heyətinə qatmaqda maraqlıdır.Qeyd edək ki, Mark-Andre ter Şteqen zədələnəndən sonra "Barselona" karyerasını yekunlaşdıran Voytsex Şensnıya təklif irəli sürmüşdü.