AZ

Torpaq sürüşməsində 50 metr sürüklənən evə heç nə olmadı

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Artvin vilayətində qorxulu olduğu qədər də maraqlı hadisə yaşanıb.

Hafta.az-ın yazdığına görə, Hopa mahalının Ortahopa məhəlləsində gecə saatlarında baş verən trpaq sürüşməsi nəticəsində Hikmət Kapucuya məxsus 2 mərtəbəli bina bütöv şəkildə təxminən 50 metr sürüklənib. Hadisə nəticəsində xoşbəxtlikdən can itkisi və xəsarət olmasa da, rayon sakinləri böyük qorxu yaşayıb.

Sürüşmə baş verən zaman evin içindəki əşyalar bağçaya atılıb. Hadisə yerinə jandarma, sağlamlıq, xilasetmə və bağışlayan qruplar sövq edilərkən, bölgədə təhlükəsizlik tədbirləri görülüb və araşdırmalara başlanılıb.

Ekspert qrupları tərəfindən aparılan müayinələrdə sürüşmə sahəsində dərin çatların əmələ gəldiyi və torpağın sürüşməyə davam etdiyi müəyyən olunub. Riskin davam etməsi səbəbindən bölgədə yeni məskunlaşma planı gündəmə gətirilib.

Səlahiyyətlilər evi köçürmək və nəzarətli şəkildə sökmək qərarına gəliblər. Yeni yolun çəkilişi başa çatdıqdan sonra evin içindəki mebellər boşaldılacaq və bina söküləcək.

Sürüşmə nəticəsində evi su altında qalan Hikmət Kapucu hadisə ilə bağlı deyib: "Axşam saat 8-9 radələrində 400 metr aralıda çatlama səsi eşitdik. O an nə baş verdiyini dəqiq anlaya bilmədik. Ancaq gördük ki, torpaqda hərəkət var. Bu hər kəsin başına gələ biləcək hadisə deyil. Qocalanda özümüzü rahat etmək üçün ev tikdik, amma bəxtimiz gətirmədi. Buna baxmayaraq, yenə şükür lsun, mal-dövlət gəlib-gedər, təki cana zərər gəlməsin”.

Ev sahibinin qardaşı Əhmət Kapucu hadisəni hiss etdikdə dolayı yolla evə çatdıqlarını, evin içində hər şeyin düzgün şəkildə dayandığını, hətta çaynikin belə yerindən tərpənmədiyini bildirib.

Seçilən
14
hafta.az

1Mənbələr