AZ

Güclü zəlzələ oldu - Bu ölkədə - VİDEO

Qırğızıstanın cənubunda 5 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

Təkanlar Oş şəhərində, həmçinin Oş vilayətinin Kara-Suu rayonuna daxil olan Şark, Taştak, Nariman və Qırğız-Çek kəndlərində 5 bala qədər hiss olunub. Kara-Suu şəhərində zəlzələnin gücü 4 bal təşkil edib. Yeraltı təkanların episentri Şark kəndi və ətraf yaşayış məntəqələrinin yaxınlığında yerləşib.

İlkin məlumata görə, xəsarət alanlar və dağıntı yoxdur. 


Teymur Məmmədov

Seçilən
16
news24.az

1Mənbələr