"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandadan ayrıla bilər.

Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bir neçə cəlbedici təklif alıb. 

Bunların arasında ən diqqətçəkəni Şotlandiyanın “Reyncers” komandasından daxil olub. Qlazqo təmsilçisinin yeni sahibləri israrla Mourinyonu İstanbuldan aparmaq arzusundadırlar.

Hələlik məsələyə məşqçinn özünün münasibəti məlum deyil. Onun postunu tərk edəcəyi ehtimalı az qiymətləndirilir. Ötən ilin yayından "Fənərbağça"da çalışan Mourinyonun növbəti mövsümdə də İstanbulda qalacağı gözlənilir.

Xatırladaq ki, “Reyncers” Avropa Liqasının 1/8 final mərhələsində məhz "Fənərbağça"ya rəqibdir. Şotlandların ötən həftə səfərdə 3:1 hesabı ilə qalib gəliblər. Tərəflər arasında cavab oyunu sabah baş tutacaq.