İspaniya çempionu "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe topuğundan zədə alıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Mbappe İspaniya çempionatının 27-ci turunda “Rayo Valyekano” ilə matçın 21-ci dəqiqəsində zədələnsə də, 79-cu dəqiqədə əvəzlənib. O, qol vurub və Kral Klubu 2:1 hesabı ilə qalib gəlib.
Mbappenin Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid"lə cavab oyununda iştirakı sual altındadır.
“Atletiko” – “Real” oyunu martın 12-də keçiriləcək və Bakı vaxtı ilə gecə yarısı başlayacaq
Elcan
Missiya.Az