"Bayern"in hücumçusu Harri Keyn Çempionlar Liqasının 1/8 final mərhələsində "Bayer"ə qarşı cavab oyununda (2:0) qol vurub və məhsuldar ötürmə edib.
Publika.az "Opta"ya istinadən xəbər verir ki, Keyn Çempionlar Liqasında 50 qolun vurulmasında birbaşa iştirak edən ikinci ingilis futbolçu olub. Harrinin aktivində 39 qol və 11 məhsuldar ötürmə var. Devid Bekhem bu göstəricidə liderdir. O, Çempionlar Liqasında 16 qol vurub və 36 məhsuldar ötürmə edib.
Keyn eyni zamanda həmyerliləri arasında ilkə imza atıb. 31 yaşlı forvard cari mövsüm Çempionlar Liqasında 10-cu qolunu vurub. O, Avropa Kuboku/Çempionlar Liqası mövsümündə 10 qol vurmağı bacaran ilk ingilis oyunçu olub.
Heybət