AZ

USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmisi əməkdaşlara gizli və şəxsi qeydləri doğramağı və ya yandırmağı əmr edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "New York Times" qurumun icraçı katibi vəzifəsini icra edən Erika Karrın elektron məktubuna istinadla xəbər verir.
Bildirilib ki, sənədlər kütləvi işdən çıxarılmalar, əməkdaşların qəfil yerdəyişmələri, agentliyin sürətlə buraxılması, həmçinin xarici yardımla bağlı, demək olar ki, bütün vəsaitlərin dondurulmasına görə Tramp Administrasiyası və yardım agentliyinə qarşı qaldırılan çox sayda məhkəmə işinə aid ola bilər.
"Əvvəlcə bacardığınız qədər çox sənədi doğrayın. Yandırılacaq paketləri isə yalnız kağızdoğrayanın (şreder) əlçatan olmayacağı, yaxud onun fasiləyə ehtiyacı olacağı hala saxlayın", - deyə məktubda vurğulanıb.
Seçilən
11
3
oxu.az

4Mənbələr