Vüqar Əliyarov adlı vətəndaş AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərən Azparkinq MMC-dən şikayətçidir. AzPost xəbər verir ki, o bu barədə öz sosial media hesabında yazıb. Bildirib ki, Xətai rayonu Xocalı prospektində avtomobili saxladıqdan sonra parkinq nömrəsini sms olaraq göndərib. Lakin cavab gəlib ki, nömrə səhvdir.
“Nömrəni dəyişirsiz, amma sistemdə qeyd etmirsiz. Nə sms, nə də proqramda yoxdur. Saxlayıb getsək qaça-qaça gəlib cərimə yazacaqsız. Bir işi də düz görün” – deyə vətəndaş şikayətində qeyd edib.
Azparkinq MMC-nin rəsmi mövqeyini dərc etməyə hazırıq.