Bakı, 12 mart, AZƏRTAC
Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başa çatacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə meydanda “Sərhədçi” və “Gəncə” komandaları çıxacaq. Görüş 16:00-da başlayacaq.
Günün son matçında isə “Sabah” “Neftçi” ilə üz-üzə gələcək. Bu oyunun start fiti saat 19:00-da səslənəcək.
Hər iki qarşılaşma Bakı İdman Sarayında reallaşacaq.
Qeyd edək ki, daha əvvəl NTD və “Naxçıvan” komandaları adlarını növbəti raunda yazdırıblar.