AZ

Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Martın 11-də saat 21:20 radələrində Tərtər rayonunda baş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Fəridə

***

23.01

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.

Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
70
21
apa.az

10Mənbələr