AZ

ABŞ Suriya ilə SDQ arasında razılaşmanı alqışlayır

Bu ifadələr ABŞ Dövlət Departamentinin Dövlət katibi Marko Rubionun dilindən yaydığıbəyanatdavurğulanır. Rubio söyləyib ki, bu saziş "ölkənin şimal-şərqinin vahid Suriyaya birləşdirilməsini nəzərdə tutur".

"ABŞ münaqişələrin qarşısını almaq üçün ən yaxşı həll yolu kimi qeyri-məzhəb idarəçiliyinə əsaslanan etibarlı siyasi keçidi dəstəkləyir. Suriyadaazlıqlara qarşı son vaxtlar artan ölümcül hücumlarınarahatlıqla, müvəqqəti hökumətin qərarlarını diqqətlə izləyirik",- bəyanatda bildirilir.
SDQ:"Suriyanı birləşdirmək üçün fürsət yaranıb"

Xatırladaq ki, dünən kürd separatçılardan ibarət Suriya Demokratik Qüvvələrinin lideri Məzlum Əbdi Suriya Prezidenti Əhməd Əş-Şərəə ilə görüşüb. Onlar "Suriyanın yenidən qurulmasına", "suriyalıların hüquqlarını qorunmasına, "mehriban qonşuluq amalına" əsaslanan saziş imzalayıblar.

Firudin Həmidli
AzVision.az
Seçilən
8
azvision.az

1Mənbələr