Dünən Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçülərinin sərnişin qatarında girov götürdüyü 450 nəfərdən 155-i azad edilib.
"AzPolitika"-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, giroblar Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatla azad olunub.
Əməliyyat zamanı 30 ekstremist zərərsizləşdirilib. Hazırda digər sərnişinlərin azad edilməsi istiqamətində əməliyyat davam etdirilir.