Yarımmüdafiəçi Pol Poqba Fransa millisinə qayıda bilər.
Msport.az xəbər verir ki, baş məşqçi Didye Deşam 31 yaşlı futbolçunu bununla bağlı məlumatlandırıb.
Çalışdırıcı diskvalifikasiya müddəti başa çatan Poqbanın lazımi fiziki formaya çatacağı təqdirdə, yığmaya qayıtmaq şansı əldə edəcəyini bildirib. Orta sahə oyunçusu özü də DÇ-2026-da iştirak etmək arzusundadır.
Qeyd edək ki, 2023-cü ildə dopinq testi müsbət çıxdığı üçün diskvalifikasiya olunan Pol Poqbanın 18 aylıq cəza müddəti başa çatıb.