AZ

Tarixdə iz buraxan qadınlar haqqında ƏN YAXŞI FİLMLƏR - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Traixdə elə qadınlar yaşayıb ki, onların ölümündən uzun illər ötsə də, adları nəinki unudulmur, yeni nəsillərin kumirinə çevrilirlər. Bəlkə buna görədir ki, zaman-zaman həmin şəxsiyyətlər haqqında kitablar yazılır, filmlər çəkilir.

Hafta.az olaraq bu məqalədə son iyirmi ilin ən yaxşı bioqrafik qadın filmlərindən bəzilərinə nəzər salacağıq:

“Ceki” (2016)

ABŞ-ın birinci xanımı, geyinmə simvolu sayılan Jaklin Kennedi haqqında bu filmdə baş qəhrəmanı Natali Portman canlandırıb. Süjetin mərkəzində Amerika tarixində bir faciə - prezident Kennedinin öldürülməsi dayanır. Tamaşaçılar Jaklinin nə hiss etdiyi və baş verən hadisələrdən sonra özünü necə apardığına dair təsəvvür əldə edəcəklər.

"Coco de Chanel" (2009)

Bu film Odri Tautunun arsenalında ən yaxşı filmlərdən biri hesab olunur. Moda dünyasında öz yeri olan dizaynerin həyatından bəhs edir. Süjetdə əsas diqqət Qabriell Şanelin Koko məşhurlaşmamışdan əvvəl baş verən hadisələrdən ibarətdir. Bu filmdə pərəstişkarları mahir aktrisanın ifası ilə yanaşı, gözəl dekorasiyalar, interyerlər və geyimlər də görə biləcəklər.

“Diana: Bir sevgi hekayəsi” (2013)

Film "ürəklər kraliçası" Diananın hekayəsindən söz açılır. 36 yaşlı ürək cərrahı olan şahzadənin son sevgisi ilə bağlı hadisələri əks etdirir.

"Rəqqasə" (2006)

Leumere və Toulouse-Lautrecin ilham perisi olan Loy, Isadora Dunkanla görüşməsəydi, həyatı çox fərqli ola bilərdi. Stefanie Di Justonun bu ekran əsəri Kann Film Festivalında münsiflər tərəfindən tanınıb və ona baxmaq duyğular dünyasına sahib olmağa kömək edir.

"Dəmir Ledi” (2011)

Ekran əsəri ən məşhur siyasətçilərdən olan Marqaret Tetçerin həyatından söz açır. Karyerasına Finchley County-də başlayan Tetçer bütün ömrünü siyasətə həsr edib. Filmdə “Dəmir ledi”nin uşaqlıqdan qocalığa qədər ən maraqlı hadisələri yer alıb.

"Suffragist" (2015)

Film 20-ci əsrin sonlarında qadın hüquqları uğrunda mübarizə aparan və seçkilərdə səsvermə hüququ qazanan suffragistlərin hekayəsindən bəhs edir. Helena Bonham-Karter, Meril Strip və Karey Mulligan cəmiyyətdə öz yerini tapmaq üçün çətinliklərdən keçən, lakin geri çəkilməyən personajları təcəssüm etdirirdilər.

“Qadın” (2011)

2011-ci ildə fransız rejissor Luk Besson tərəfindən çəkilmiş film 1991-ci ildə Nobel mükafatı almış Aunq San Suu Kyinin qeyri-adi taleyindən bəhs edir. Filmin süjeti 1940-cı illərdə, Birmada müstəqillik uğrunda qanlı müharibələrin getdiyi vaxtlardan başlayır. Atası bu müharibədə şəhid olan Aunq böyüyəndə təhsil almaq üçün İngiltərəyə gedir. Birmaya qayıtmaq vaxtı gələnə qədər o, tam bir həyat yaşayır.

“Çəhrayı həyat” (2007)

Akrobat və aktrisa ailəsində dğulan Edit Piaf altı yaşına qədər kor olub. Yoxsulluq içində yaşayan Edit öz çalışqanlığı və istedadı ilə arzularını həyata keçirməyi və səhnəyə çıxmağı bacarır. Film milyonlarla qəlbi fəth etmiş qadının tərcümeyi-halından bəhs edir.

"Jan" (2016)

Film qadın aviator Jan Batten haqqında Yeni Zelandiyanın sifarişi ilə çəkilib. Uşaqlıqdan hədəflərinə doğru səy göstərən Jan bir neçə dəfə rekord vurmağı bacarır.

"Maria Küre" (2016)

Polşada doğulsa da, snradan Fransaya köçən Maria həyat yoldaşı Pyerlə bütün həyatını fizika və kimyaya həsr edib. Pyer və Maria filizdə hələ elmə məlum olmayan radioaktiv elementlərin olduğunu aşkarlayıblar. Uğursuz bir hadisə Pyerin ölümünə səbəb oldu.

Seçilən
7
1
hafta.az

2Mənbələr