AZ

Gəncədə yanğın: 100 m² olan tikilinin...

Gəncədə yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Məhsəti qəsəbəsində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik ev yanğından mühafizə olunub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
8
bizim.media

1Mənbələr