AZ

Yermak: Amerika üçün əlverişli olan zaman faydalı qazıntılar haqqında saziş imzalanacaq

Ukrayna ilə ABŞ arasında faydalı qazıntıların çıxarılmasına dair saziş o zaman imzalanacaq ki, amerikalı tərəfdaşlar bunu "uyğun" hesab etsin...

Poliqon CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyib.

"Bu sənədin layihəsi Ukrayna hökuməti tərəfindən bəyənilib. Hətta onu imzalamaq hüququ olan şəxslər də müəyyən edilib. Amerika tərəfinə gəlincə, tərəfdaşlarımız bunu əlverişli hesab etdikdə, bəli, bu saziş imzalanacaq", deyə Yermak bildirib.

O əlavə edib ki, bu, çərçivə sazişidir: "Daha ətraflı sənəd üzərində iş gedir".

Bloomberg daha əvvəl yazmışdı ki, Tramp Volodimir Zelenski "barışa və Moskva ilə danışıqlara aparan real yola" razılıq verməsi şərti ilə minerallar üzrə sövdələşmə üzərində işi başa çatdırmağa hazırdır. Əlavə şərtlər isə ABŞ və Ukrayna rəhbərliyinin buna hazır olduqları barədə açıq bəyanatlarına baxmayaraq, sazişin hələ də imzalanmamasının səbəbidir.

Səudiyyə Ərəbistanındakı danışıqlar ərəfəsində Zelenski bəyan edib ki, görüşdə Ukrayna tərəfi "konstruktivliyə aydın şəkildə diqqət yetirəcək" və lazım gəldikdə Ukraynanın maraqlarının nəzərə alınmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcək.

Poliqon.info

 

Seçilən
17
poliqon.info

1Mənbələr