Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, B Liqasının II qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda bu gün ilk oyununu keçirəcək.
U-17 Bakıda Lüksemburqla üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək. Matç saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda, saat 11:00-da isə Bolqarıstan və Malta milliləri üz-üzə gələcək.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.
Avropa Çempionatı, II seçmə mərhələ
B Liqası, II qrup
12 mart
16:00. Azərbaycan (U-17, Qadınlar) – Lüksemburq (U-17, Qadınlar)
Hakimlər: Eglantina Pjetrushaj, Erinda Kume (hər ikisi Albaniya), Sopo Tsulaia, Mzevinari Sharashanidze (hər ikisi Gürcüstan).
Bayıl stadionu.